Rusiya İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətində qəribəlik müşahidə edib

Rusiya İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətində  qəribəlik müşahidə edib backend

Ukrayna böhranın sülh yolu ilə nizamlanması üzrə danışıqların üçüncü raundu üçün İstanbula 14 nəfərdən ibarət nümayəndə heyəti göndərib.

Qaziler.az-ın məlumatına görə, bunu rusiyalı politoloq və tarixçi Sergey Stankeviç “Tsarqrad”a şərhində bildirib.

O, bunu görüşü qəribə adlandırıb və xatırladıb ki, Rusiya danışıqlar qrupunda cəmi dörd nəfər iştirak edib.

“Rusiya dörd nəfərdən ibarət eyni kompakt nümayəndə heyətini, ukraynalılar isə 14 nəfəri gətirdi. O cümlədən üç xüsusi xidmət orqanının üç nümayəndəsi, Baş Qərargahın üç nümayəndəsi... Onların hamısının orada nə işlə məşğul olduqları bəlli deyildı”, - ekspert bildirib.

Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya-Ukrayna danışıqlarının 3-cü raundu baş tutub. 

QAZİLER.AZ