ABŞ prezidenti Donald Trampın administrasiyası “Chevron” şirkətinə Venesuelada neft hasilatını bərpa etməyə icazə verib.
Qaziler.az bildirir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır.
Məqalədə deyilir: “Chevron yenidən Venesuelada neft qazmaq üçün Tramp administrasiyasından icazə alıb”.
Müqavilənin təfərrüatları hələlik məlum deyil. Bununla belə, qeyd edilir ki, bu, Donald Tramp və dövlət katibi Marko Rubionun iştirakı ilə son müzakirələrin nəticəsi olub, həmçinin ABŞ və Venesuela arasında on Amerika vətəndaşının azad edilməsinə dair razılaşmanın ardınca baş verib.
İki mənbə qəzetə bildirib ki, razılaşmanın şərtlərinə görə, prezident Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hökuməti heç bir qonorar və vergi almayacaq.
QAZİLER.AZ