ABŞ rəsmiləri HƏMAS-ın Qəzza zolağında atəşkəsə nail olmaq istəyini göstərmədiyi iddia edilən cavabından sonra Dohadakı danışıqlar qrupunu geri çağırmaq qərarına gəlib.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
Onun sözlərinə görə, bununla əlaqədar Amerika tərəfi radikal Fələstin hərəkatının girovluğunda olan israillilərin geri qaytarılması üçün alternativ yolları nəzərdən keçirmək niyyətindədir.
QAZİLER.AZ