Litvanın baş naziri Gintautas Palukas ya iki həftə ərzində korrupsiya sxemlərində mümkün iştirakını izah etməli, ya da istefa verməlidir.
Qaziler.az xəbər verir ki, “Sputnik Litva” bu barədə Litvanın dövlət başçısının baş müşaviri Frederikas Yansonasın bəyanatına istinadən xəbər verir.
Onun sözlərinə görə, bu, prezident Gitanas Nausedanın ona qərar verməsi üçün verdiyi müddətdir.
Bəyanatda deyilir ki, prezident baş nazirdən ya yaxın iki həftə ərzində ictimaiyyət tərəfindən qaldırılan suallara əsaslandırılmış cavablar verməsini, ya da onun baş nazir kimi fəaliyyətinin davam etdirilməsi variantlarını əsaslı şəkildə nəzərdən keçirməsini xahiş edib.
QAZİLER.AZ