Ukraynaya məxsus PUA Kurskda yaşlı qadının ölümünə səbəb olub

Ukraynaya məxsus PUA Kurskda yaşlı qadının ölümünə səbəb olub backend

Rılski rayonunun Suxaya kəndinə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin hücumu nəticəsində pensiyaçı qadın ölüb.

Qaziler.az bildirir ki, bu barədə Kursk vilayətinin rəhbəri vəzifəsini icra edən Aleksandr Xinşteyn teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, PUA qadının yaşadığı fərdi yaşayış evinə düşüb.

“Bu cinayətlərin heç bir əsası yoxdur! Bu gün Ukraynaya məxsus pilotsuz uçan aparat Rılski rayonunun Suxaya kəndində fərdi yaşayış evinə hücum edib. Dərin kədərlə bildiririk ki, hücum zamanı 85 yaşlı qadın dünyasını dəyişib. Onun yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - Xinşteyn yazıb.

QAZİLER.AZ