Serbiya Şərqi Avropada 6 milyard dollarlıq qızıl-valyuta ehtiyatlərını öz ərazisinə qaytarmağa qərar verən ilk ölkə olub.
Qaziler.az-ın məlumatına görə, bu barədə Amerikanın “Bloomberg” agentliyi xəbər verib.
Agentliyin məlumatına görə, Belqrad böhran və qeyri-müəyyənlik dövründə qızıl külçələrini xaricdə saxlamamaq qərarına gəlib.
“Serbiya Mərkəzi Bankı böhran və qeyri-müəyyənlik dövründə ehtiyatların təhlükəsizliyini təmin etmək üçün təxminən 6 milyard dollar dəyərində bütün qızıl ehtiyatlarını öz ərazisinə köçürməyi planlaşdırır”, - məqalədə bildirilib.
Agentlik qeyd edir ki, 2024-cü ildə alınmış və hazırda İsveçrədə saxlanılan beş ton istisna olmaqla, Serbiyanın qızıl-valyuta ehtiyatlarının əsas hissəsi Belqraddadır. Onların dəyəri indiki spot qızıl qiymətləri ilə təxminən 6 milyard dollardır.
QAZİLER.AZ