Tayland Kambocaya qarşı “Torpaq uğrunda müharibə” adlı hərbi əməliyyata başlayıb.
Qaziler.az bildirir ki, bu barədə “Khaosod” məlumat yayıb.
Komandanlıq qeyd edib ki, məqsəd qonşu ölkənin sərhədin mübahisəli hissəsində möhkəmlənmək cəhdlərinin qarşısını almaqdır. Hücumların həm yerdən, həm də havadan həyata keçirildiyi vurğulanır. Tayland tərəfi ən azı iki Kamboca tankının məhv edildiyini açıqlayıb.
“Tay torpağını tapdalayanların hamısını əzmək... Torpaq üçün, insanlar üçün, Taylandın ləyaqəti üçün”, - Tailand qoşunlarının komandanlığı açıqlamasında deyib.
Tayland hakimiyyətinin bildirdiyinə görə, hər iki tərəf mövqelərini saxlayır, lakin Kamboca qoşunları irəliləyə bilməyiblər, bundan sonra əks-hücum cəhdi başlayıb.
QAZİLER.AZ