İndoneziyanın Sulavesi adasında 5,5 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu barədə iyulun 24-də Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Qeyd edilir ki, seysmik hadisə əhalisi 129 min nəfər olan Cənubi Sulavesi əyalətinin Palopo şəhərindən 117 km aralıda baş verib.
Zəlzələ 43 km dərinlikdə yerləşib.
QAZİLER.AZ