Çinli tələbə parlaq gələcəyinə görə Myanmada köləlikdən azad edilib

Çinli tələbə parlaq gələcəyinə görə Myanmada köləlikdən azad edilib backend

Çinli tələbə Myanmada köləlikdən azad edilib və bu, onun "parlaq gələcəyi" olduğu ilə izah edilib.

Qaziler.az bildirir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.

Shaanxi əyalətindən olan 19 yaşlı tələbə, Pen adlı gənc milli qaokao imtahanını təzəcə verib və tətil zamanı əlavə pul qazanmaq istəyirdi. Fırıldaqçılar ona canlı yayımda aparıcı kimi iş təklif edib və yüksək gəlir vəd ediblər. Əvəzində onu Myanmaya aparıblar və orada kölə ediblər.

Fırıldaqçıların düşərgəsində bir neçə gün qaldıqdan sonra dəstə başçısı qəfildən tələbəni azad edib və deyib: "Sənin parlaq gələcəyin var". Tələbənin dediyinə görə, cinayətkar ona çox oxumağı və istedadını boşa verməməyi tapşırıb. Pen 29 digər zərərçəkənlə birlikdə sərhəddə Çin səlahiyyətlilərinə təhvil verilib.

QAZİLER.AZ