Yunanıstan qaçaq moldovalı oliqarxın 11 saxta pasportunu müsadirə edib

Yunanıstan qaçaq moldovalı oliqarxın 11 saxta pasportunu müsadirə edib backend

Yunanıstanda polis qaçaq moldovalı oliqarx Vlad Plaxotnyukdan 21 saxta sənəd götürüb. Onların arasında müxtəlif vətəndaşlığa aid 11 pasport da olub.

Qaziler.az bildirir ki, bu barədə  "NewsMaker" xəbər verir.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, yunan polisi Kişinyovu Plaxotnyuk və onun şəriki Konstantin Tsutsunun adına müxtəlif ölkələr tərəfindən verilmiş çoxlu sayda saxta sənədlər barədə məlumatlandırıb.

“Aeroportda şəxsi yoxlama və yaşayış yeri üzrə axtarış zamanı müxtəlif şəxslərlə, bəzilərinin eyni ölkə tərəfindən verilmiş, lakin adları, fotoşəkilləri və doğum tarixləri fərqli olan sənədlər aşkar edilib”, - deyə polisdən bildirilib.

Tsutsu üzərində rumın və bolqar nümunəli 5, Plaxotnyukun üzərində isə 21 saxta sənəd aşkar edilib.

QAZİLER.AZ