Kamboca Tailandı döyüşləri dayandırmağa və qoşunlarını geri çəkməyə çağırır

Kamboca Tailandı döyüşləri dayandırmağa və qoşunlarını geri çəkməyə çağırır backend

Kamboca Xarici İşlər Nazirliyi insan itkilərini minimuma endirmək və bütün mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyə çalışmaq üçün Tailandı hərbi əməliyyatları dayandırmağa və qoşunları çıxarmağa çağırıb.

Bu barədə RBC-Ukrayna Kamboca Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Kamboca Krallığının Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti və geniş ictimaiyyəti məlumatlandırmaq istəyir ki, 24 iyul 2025-ci il səhər tezdən Tailand silahlı qüvvələri sərhədyanı ərazilərdə Kambocanın mövqelərinə səbəbsiz, əvvəlcədən planlaşdırılmış və düşünülmüş hücumlar həyata keçirib”, - məlumatda deyilir.

Həmçinin bildirilir ki, Kamboca sülhə, dialoqa və mübahisələrin sülh yolu ilə həllinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir.

QAZİLER.AZ