İsraildə 70 yaşlı hökumət əleyhinə fəal İsrailin baş naziri Binyamin Netanyahuya qarşı sui-qəsd təşkil etməkdə təqsirli bilinərək istintaqa cəlb edilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” yazır.
Polisin bildirdiyinə görə, şübhəli Netanyahunu öldürmək niyyətini ifadə etməkdə və silah əldə etmək və baş nazirin təhlükəsizlik tədbirləri haqqında məlumat toplamaq üçün digər fəallardan kömək istəməkdə ittiham olunur.
Ağır və Beynəlxalq Cinayətlərə Qarşı Milli Mübarizə İdarəsi və “Şabak” daxili təhlükəsizlik agentliyi mümkün rəsmi ittihamlar üzrə sübutları dövlət ittihamçısına təhvil verib.
İsrailin “Haaretz” qəzeti məsələdən xəbərdar olan mənbələrə istinadən yazıb ki, qadın bu yaxınlarda xəstələnib və insanlara “Netanyahunu özü ilə aparmağı” planlaşdırdığını deyib. Qadının dediklərini eşidən bir neçə nəfər polislə əlaqə saxlayıb və araşdırma aparılıb. O, təxminən altı həftə əvvəl saxlanılıb və ev dustaqlığına buraxılıb.
Əslən Təl-Əvivdən olan və şəxsiyyəti məlum olmayan qadın Netanyahuya qarşı partlayıcı qurğu və ya reaktiv qumbaraatandan istifadə etmək istəməkdə şübhəli bilinir.
QAZİLER.AZ