Tayland iyulun 23-də Kamboca ilə sərhəd keçidlərini bağladığını bildirib.
Qaziler.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Tayland buna səbəb kimi minaya düşən əsgərinin bir ayağını itirməsi hadisəsini əsas gətirib. Sözügedən hadisəsindən sonra Tayland Kambocadakı səfirini geri çağırdığını və Kamboca səfirini ölkədən çıxardığını bildirib.
Tayland ordusundan verilən açıqlamada, sərhəd bölgəsində onlardan birinin minaya basması nəticəsində 5 əsgərin yaralandığı bildirilib. Hadisə Tailand hökumətinin operativ reaksiyasına səbəb olub. Baş nazirin səlahiyyətlərini icra edən Phumtam Veçayaçay Xarici İşlər Nazirliyinin Kambocaya rəsmi etiraz bildirəcəyini və əlavə tədbirlərə baxılacağını bildirib.
QAZİLER.AZ