Budanov ABŞ-ni Ukraynanın müttəfiqi adlandırıb

Budanov ABŞ-ni Ukraynanın müttəfiqi adlandırıb backend

ABŞ prezidenti Donald Trampın komandasında Ukraynanın düşməni yoxdur.

Qaziler.az-ın məlumatına görə, bunu Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov “Kyiv Post”a müsahibəsində deyib.

Onun fikrincə, ABŞ-dan hərbi yardımın səviyyəsinin yetərli olmadığını düşünən skeptiklər və tənqidçilər var.

"Bu kontekstdə ABŞ dövlət katibi Marko Rubionu və ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqu qeyd etmək lazımdır. Onların mövqeyi aydındır - Ukraynaya yardım ABŞ-nin milli maraqlarının bir hissəsidir, ona görə də o həm həcm, həm də keyfiyyət baxımından davam etməli və artmalıdır", - Budanov vurğulayıb.

O, həmçinin qeyd edib ki, ABŞ Ukraynanın müttəfiqi olaraq qalır.

"Münasibətlər həmişə sadə olmur, lakin son nəticədə Kiyev və Vaşinqton ortaq dil tapırlar", - kəşfiyyat rəhbəri fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ