Türkiyənin xarici işlər naziri Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Bakıya gəlir backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu axşam Azərbaycana gəlir Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu gün axşam başlayacaq və sabah davam edəcək.

Səfər zamanı nazir prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

O, həmçinin, Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edəcək.

Xatırladaq ki, bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.
Diaspora