İsraildə İordan çayının qərb sahilinin ilhaqına səs verilib

İsraildə İordan çayının qərb sahilinin ilhaqına səs verilib backend

Knesset (İsrail parlamenti) İsrail hökumətini İordan çayının qərb sahilinin ərazisini ilhaq etməyə çağıran bəyannamə qəbul edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Ynet” portalı məlumat yayıb.

Bildirilir ki, sorğunun nəticələrinə görə, Knessetin 120 üzvündən 71-i “İsrailin suverenliyinin Yəhudeya, Samariya və İordaniya vadisinə uzadılmasına dair” qətnaməni dəstəkləyib, yalnız 13-ü əleyhinə səs verib.

Təşəbbüsün müəllifləri MK Smihi Rotman (Dini Sionist Partiyası), Dana İllouz (Likud Partiyası) və Limora Son Harmelehdir (Otsma Yehudit Partiyası). Sənəddə qeyd olunan torpaqların yəhudi xalqının tarixi ərazilərinin tərkib hissəsi olması ideyasına əsaslanır.

Hazırda İordan çayının qərb sahili qismən Fələstin Muxtariyyətinin nəzarəti altındadır. Qeyd olunur ki, qəbul edilən sənəd yalnız deklarativ xarakter daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil.

QAZİLER.AZ