Zelenski danışıqlarda Ukraynanın irəli sürəcəyi şərti açıqladı

Zelenski danışıqlarda Ukraynanın irəli sürəcəyi şərti açıqladı backend

"İstanbulda Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti dərhal atəşkəs əldə edilməsində israrlı olacaq".

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında məlumat verib.

"Biz dərhal və tam şəkildə atəşkəsin zəruriliyində israr edəcəyik", - deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu bu gün axşam İstanbulda baş tutacaq. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, əsas müzakirə mövzusu iki ölkənin memorandum layihələri olacaq. Rusiya tərəfi ikinci raund zamanı təhvil verilən memorandumda atəşkəs üçün bir sıra şərtlərini ifadə edib.