Rusiya dövlət dumasının üzvü Sergey Gavrilov şok təkliflə çıxış edib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, duma üzvü Türkiyə sərhədini pozduğu üçün vurulan rus təyyarəsini kompensasiya etmək üçün Türkiyənin tarixi "Ayasofiya" kilsəsini Rusiyaya verməli olduğunu bildirib.O, "Türkiyənin dost mövqe göstərərək" "Ayasofiya"nı onlara geri qaytarmasını gözlədiklərini deyib. O əlavə edib ki, bu addım Türkiyənin yaxşı niyyətinin göstəricisi ola bilər.