İndoneziyanın qərbindəki Sumatra adasında Marapi vulkanı püskürüb.
QAZİLER.AZ bildirir ki, bu barədə "Antara" agentliyi müşahidə postuna istinadən məlumat yayıb.
Aktiv vulkan kraterdən 1600 metr yüksəkliyə və ya dəniz səviyyəsindən demək olar ki, 4,5 metr yüksəkliyə kül atıb. Püskürmə təxminən 18 saniyə davam edib. Ən yaxın qəsəbənin sakinləri bildiriblər ki, onlar güclü partlayış səsi eşidiblər, ardınca evləri silkələyən təkanlar olub.
Marapi hazırda ikinci səviyyəli təhlükədədir, yəni insanlar mühafizədə qalmalıdırlar. Səlahiyyətlilər yerli sakinləri vulkanın kraterinə üç kilometrdən çox yaxınlaşmamağa çağırır. Qeyd olunur ki, kül buludları hazırda cənub-şərq istiqamətində hərəkət edir.
QAZİLER.AZ