ABŞ prezidenti Donald Tramp “yaxın gələcəkdə” Çinə səfər edəcək. Amma onun orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəyi hələ məlum deyil.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Amerika lideri Filippin prezidenti Bonqbonq Markosla görüşü zamanı bildirib.
“Prezident Si (Çin lideri Si Cinpin – red.) məni Çinə dəvət etdi və biz bunu yəqin ki, yaxın gələcəkdə edəcəyik – bir az sonra, amma çox da gec deyil”, – Tramp qeyd edib.
O, Çində Putinlə görüş ehtimalına da münasibət bildirib.
“Bizim çoxlu mümkün görüşlərimiz var”, - o, detalları açıqlamayıb.
Amerika lideri Çinə səfərlə bağlı qərarın tezliklə veriləcəyini vurğulayıb.
QAZİLER.AZ