İtaliyanın şimalında Brescia şəhəri yaxınlığında A21 şosesində ultra yüngül təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan iki nəfər həlak olub.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İtaliya yanğınsöndürmə briqadası sosial mediada yerli vaxtla 13:00-da Brescia yaxınlığındakı A21 şossesində ultra yüngül bir təyyarənin qəzaya uğradığını qeyd edib.
Yazıda qeyd edilib ki, hadisə yerindən iki nəfərin, bir kişi və bir qadının cəsədi çıxarılıb.
Yazıda təyyarə qəzasında heç bir avtomobilin zərər görmədiyi, lakin qəzadan sonra təyyarənin alovlandığı qeyd edilib. Paylaşımda yanğının magistral yol boyu ağaclara keçdiyi və yanğının dərhal söndürüldüyü vurğulanıb.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, təyyarənin mənşəyi və qəzanın təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
Qəza səbəbindən magistralın bir hissəsinin nəqliyyatın hərəkəti üçün bağlandığı bildirilir.
QAZİLER.AZ