Türkiyə Silahlı Qüvvələri ölkənin qərb bölgəsindəki hərbi birləşmələrə məxsus 20 tankı Suriya ilə sərhədə göndərib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.
“Ölkənin qərb regionlarında dislokasiya olunmuş 20 tank dəmiryolla ölkənin cənubundakı Qaziantep şəhərinə aparılıb. Həmin hərbi texnika buradan da hərbçilərin və polis qüvvələrin müşayiəti ilə Suriya sərhədinə yola salınıb” - deyə xəbərdə bildirilir.