Ukrayna prezidenti Volodimir Zelenski əsirlərin mübadiləsinin bir neçə yeni mərhələsini açıqlayıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə o, teleqram kanalında yazıb.
"Biz İstanbulda keçirilən ikinci görüşün razılaşmalarına uyğun olaraq bir neçə mərhələdə mübadilələr gözləyirik və xalqımızın - həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsi üçün digər tədbirlərimizi davam etdiririk. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bu işi əlaqələndirir, bütün lazımi qüvvələr və qurumlar cəlb olunub", - Zelenski yazıb.
Əsir mübadiləsinin əvvəlki mərhələsi iyulun əvvəlində baş tutub. Rusiya və Ukrayna arasında İstanbulda yeni danışıqların iyulun 23-də baş tutacağı gözlənilir.
QAZİLER.AZ