Əfqanıstanda uşaq oyuncaqlarının satışı qadağan edilib

Əfqanıstanda uşaq oyuncaqlarının satışı qadağan edilib backend

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhər hökuməti uşaq oyuncaqlarının satışını qadağan edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Amu TV” uşaq mağazalarının sahiblərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, guya “Taliban” hərəkatı gəlinciklərin və uşaq heykəlciklərinin satışının qarşısını alır. Sahibkarların fikrincə, bu, onların biznesinə ziyan vurur.

Qyed edək ki, daha əvvəl “Khaama Press” agentliyi məlumat vermişdi ki, Əfqanıstan hakimiyyəti şahmat oyununu qeyri-müəyyən müddətə qadağan edib. Ölkədə Əfqanıstan Şahmat Federasiyası bağlanıb və bu idman növü ilə bağlı bütün tədbirlər ləğv edilib.

QAZİLER.AZ