Konqodan olan, Belçikada akkreditə olunmuş diplomat Bolqarıstan-Türkiyə sərhədində 205,9 kq kokain keçirməyə cəhd edərkən saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə HLN məlumat yayıb.
Narkotiklər “Samsonite” markasına məxsus olan beş çamadanda, Belçika diplomatik nömrələri olan avtomobildə gizlədilib. Keçid məntəqəsində yoxlama zamanı baqaja polis iti reaksiya verib. Avtomobildə 54 yaşlı Belçika vətəndaşı və Bolqarıstanlı sürücü də olub.
"Bu, ölkə tarixində sərhəddə ən böyük narkotik müsadirəsidir", - məlumatda qeyd olunub.
Müsadirə edilən malların bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
QAZİLER.AZ