Polşa vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

Polşa vətəndaşlarını Rusiyanı tərk etməyə  çağırdı backend

Polşa Xarici İşlər Nazirliyi Rusiyada olan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bəyanat Polşa Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Biz Rusiyada yaşayan Polşa vətəndaşlarına şəxsi, ailə və ya peşə şəraitinin ölkədə qalmasını tələb etdiyi hallar istisna olmaqla, mövcud kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələrini tövsiyə edirik”, - bəyanatda deyilir.

Nəşr bildirib ki, Rusiya Federasiyasında Polşa diplomatik və konsulluq işçilərinin sayının davamlı azalması səbəbindən Polşa vətəndaşlarına yardım göstərmək imkanları getdikcə məhdudlaşır. Nazirlik nümayəndələri qeyd ediblər ki, ölkəyə səfərin Odisey sistemində qeydə alınmaması böhran vəziyyətlərində konsulluq müdaxiləsini çətinləşdirəcək.

Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlığı olan Polşa vətəndaşlarına da Rusiya qanunlarına uyğun olaraq baxıldığını vurğulayıb.

QAZİLER.AZ