Mozambikin xarici işlər naziri Mariya Manuela dos Santos Lukas etiraf edib ki, o, Rusiya xarici işlər naziri Sergey Lavrovu öz böyük qardaşı adlandırır.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə Moskvada danışıqlar zamanı bildirib.
"Afrikada mən sizi böyük qardaşım adlandırıram. Ona görə də, cənab xarici işlər naziri, böyük qardaşım, mən ilk növbədə bu gözəl şəhərə qayıtdığım üçün sizə təşəkkür etmək istəyirəm", - Lukas gülümsəyərək deyib.
O, Moskvanı çox gözəl və müasir şəhər adlandırıb və əlavə edib ki, həmişə hamıya ora getməyi tövsiyə edir.
Xəbərdə qeyd edilib ki, iyulun 22-də Moskvada Rusiya və Mozambik xarici işlər nazirləri arasında danışıqlar keçirilib.
QAZİLER.AZ