“Vifa” qasırğası Vyetnamın şimalını vurub

“Vifa” qasırğası Vyetnamın şimalını vurub backend

Vyetnamın şimalında güclü külək və “Vifa” qasırğası nəticəsində güclü yağışlar qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu haqda “Associated Press” yazır.

Nəşrin məlumatına görə, küləyin maksimal sürəti 102 km/saata çatıb. Sahilə çatdıqdan sonra fırtına cənub-qərbə doğru hərəkət etməyə başlayıb.

Nəşr bildirir ki, bazar ertəsi "Vifa" tayfun kimi təsnif edilsə də, tədricən tropik fırtına səviyyəsinə qədər zəifləyib. Jurnalistlər qeyd ediblər ki, bir neçə yaşayış məntəqəsində yollar su altında qalıb, ağaclar qırılıb. Bundan əlavə, Hunq Yen əyalətinin bəzi əraziləri işıqsız qalıb.

Hava şəraiti Hayfonq və Kaunq Nin əyalətindəki hava limanlarının işinə də təsir edib.

QAZİLER.AZ