Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun rəhbərlik edəcəyi nümayəndə heyətinin formalaşdırılması ilə bağlı göstəriş verib.
Qaziler.az-ın məlumatına görə, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
“Zelenski Rusiya Federasiyası ilə danışıqların üçüncü raundu ərəfəsində Umerov və Yermakla görüş keçirib”, - məlumatda deyilir.
Ukrayna prezidentinin əmrinə əsasən, nümayəndə heyətinin tərkibinə Ukrayna kəşfiyyatının, Xarici İşlər Nazirliyinin və Prezident Aparatının nümayəndələri də daxil olacaq.
Qeyd edək ki, Rusiya və Ukrayna iyulun 23-25-də Türkiyədə baş tutacaq yeni danışıqlara hazırlaşır. Kiyev əsirlərin mübadiləsi, evakuasiya edilmiş uşaqların geri qaytarılması və liderlər səviyyəsində mümkün görüşü müzakirə etməyi gözləyir. Moskva isə tərəflərin mövqelərində ciddi fikir ayrılıqları olduğunu açıqlayıb.
QAZİLER.AZ