Şahzadə Uilyam və Harrinin 20 yaşlı dayısı qızı Rozi Roş ailəsinə məxsus evin yaxınlığında ölü tapılıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “The Sun” xəbər verir.
Nəşr cəsədin yanında silahın olduğunu qeyd edib.
“Polis ölümün şübhəli olmadığını elan edib və heç bir üçüncü tərəfin iştirakını müəyyən etməyib”, - koroner Qrant Devis deyib.
Qeyd edilib ki, Rozi Darem Universitetində ingilis ədəbiyyatı üzrə təhsil alırmış. Həm Rozinin ailəsi, həm də Şahzadə Uilyamın nümayəndəsi hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.
QAZİLER.AZ