Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Sayedur Rəhman keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ölənlərin 25-i uşaqdır: “Ölənlərdən bəzilərinin şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunur. 170-dən çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Biz tibbi yardım göstərmək üçün mümkün olan hər şeyi etməyə davam edirik. Bununla belə, bəzi xəstələrin vəziyyəti son dərəcə ağır olaraq qalır”.
Qeyd edək ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsi Dəkkənin Uttara bölgəsində kollec şəhərciyində qəzaya uğrayıb.