2023-cü ilin oktyabrından Qəzzada ölənlərin sayı 59 mini keçib

2023-cü ilin oktyabrından Qəzzada ölənlərin sayı 59 mini keçib backend

Qəzza zolağında 2023-cü ilin oktyabrında silahlı münaqişə başlayandan bəri ən azı 59 min fələstinli həlak olub.

Qaziler.az xəbər verir ki, bu məlumatı Qəzza Səhiyyə Nazirliyi öz “Telegram” kanalında verib.

“2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatların qurbanlarının sayı artaraq 59 029 nəfərə çatıb, 142 135 nəfər isə yaralanıb”, - nazirliyin yaydığı sənəddə qeyd edilib.

Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son iki gün ərzində anklavdakı xəstəxanalara 134 ölən şəxsin cəsədi qəbul edilib, 1155 fələstinli isə yaralanıb.

QAZİLER.AZ