İsrail Qəzza zolağındakı vəziyyətlə bağlı 25 ölkənin birgə bəyanatını "reallıqdan kənar" hesab edir.
Qaziler.az xəbər verir ki, bu bəyanatla Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi açıqlama verib.
İsrail Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan bəyanatda deyilir:
“İsrail ölkələr qrupunun yaydığı birgə bəyanatı rədd edir, çünki o, reallıqdan qopmuşdur və HƏMAS-a yanlış siqnal verir. Bəyanatda ölkələr HƏMAS-ın mövcud vəziyyətə görə rolunu və məsuliyyətini qəbul etmir. HƏMAS müharibənin davam etməsinə və hər iki tərəfin əziyyət çəkməsinə görə məsuliyyət daşıyan yeganə tərəfdir", - nazirlik əlavə edib.
“Atəşkəslə bağlı konkret təklif var və İsrail dəfələrlə bu təkliflə razılaşıb, HƏMAS isə bunu inadla qəbul etməkdən imtina edir” deyən nazirlik radikalların əlində olan girovların azad edilməsi ilə bağlı həssas danışıqlar zamanı “bu cür bəyanatlardan qaçmaq daha yaxşıdır” deyə davam edib. Bundan əlavə, bütün iddialar bu müharibəni başlatan və onu uzadan HƏMAS-a ünvanlanmalıdır”, - XİN əlavə edib.
“Həmas atəşkəslə razılaşmaq əvəzinə fəal şəkildə İsrail haqqında yalanlar yaymaq üçün kampaniya aparır”, - nazirlik yekunlaşdırıb.
Qeyd edək ki, 25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının bərabərlik, hazırlıq və böhranların idarə edilməsi üzrə komissarı Aja Labib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və humanitar yardımın oraya çatdırılmasına icazə verməyə çağırıb.
QAZİLER.AZ