Kanada hakimiyyəti Ukraynaya verilən Almaniyanın “Leopard” tanklarının təmiri üçün 20 milyon Kanada dolları (təxminən 15 milyon dollar) ayırmaq niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” Kanadanın müdafiə naziri Devid Makqintiyə istinadən məlumat yayıb.
"Görüş zamanı nazir Makqinti bildirib ki, Kanada Polşadakı "Leopard 2" tanklarının texniki xidmət və təmir mərkəzinə dəstək üçün əlavə 20 milyon dollar ayıracaq", - Kanada Müdafiə Nazirliyi bildirib.
Bundan əlavə, Kanadanın G7 sammitində söz verdiyi kimi əlavə 2 milyard dollar vəsait ayıracağı da məlum olub.
Bundan əvvəl Danimarka hökumətinin Ukraynanın bərpası üçün əlavə olaraq 435 milyon kron (68,23 milyon dollar) ayıracağı bildirilmişdi.
QAZİLER.AZ