Gürcüstan hökuməti bütün sərhəd-keçid məntəqələrində viza rejimini sərtləşdirib. Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) bəyan edib ki, məqsəd terrorçuların ölkəyə gəlməsinin və terror aktlarının qarşısını almaqdır. Hazırda bütün sərhəd-keçid məntəqələrində, DİN-in post-patrul xidmətinin və digər əlaqədar təşkilatların əməkdaşları ölkəyə gələn vətəndaşların kimliyini, Gürcüstana hansı məqsədlərlə gəlməsinin səbəblərini öyrənirlər.
Gürcüstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, sərhəd-keçid məntəqələrində təhlükəsizlik və terrora qarşı digər mübarizə tədbirləri bütün beynəlxalq standartlara uyğun, qonşu ölkələr, eləcə də Azərbaycanın müvafiq strukturları ilə əməkdaşlıq şəraitində keçirilir.Nazirlik bəyan edib ki, noyabrın 14-dən 24-dək 479 xarici ölkə vətəndaşının Gürcüstana girişinə qadağa qoyulub.