Banqladeşin paytaxtında məktəb şəhərciyində qırıcı təyyarə qəzaya uğrayıb. Onlarla insan həlak olub, 100-dən çox insan yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə BBC xəbər verir.
Banqladeşin paytaxtı Dəkkədə ölkə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Uttara şəhərinin şimal kənarındakı Milestone School və Kollecinin ərazisinə düşməsi nəticəsində azı 19 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Rəsmi məlumata görə, yerli vaxtla saat 13:06 radələrində havaya qalxan F-7 BGI təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot yerindəcə dünyasını dəyişib.
QAZİLER.AZ