Yaponiya ümid edir ki, Rusiyanın Türkiyə hərbi-hava qüvvələri tərəfindən vurulmuş Su-24 təyyarəsi ilə bağlı hadisədə tərəflər soyuqqanlılıq nümayiş etdirəcəklər. Belə bəyanatla Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa noyabrın 25-də ənənəvi mətbuat konfransında çıxış edib.
Y.Suqa deyib: “Biz vəziyyəti diqqətlə izləyirik. İstənilən halda, ümid edirik ki, bütün tərəflər soyuqqanlılıq göstərərək obyektiv həqiqətə söykənəcək və beynəlxalq ictimaiyyətin üzvü olaraq, əvvəlki kimi terrorizm qarşısında birlik nümayiş etdirəcəklər”.Y.Suqa qeyd edib ki, Yaponiya maraqlı tərəflərin həqiqətin aydınlaşdırılması ilə bağlı hərəkətlərini də diqqətlə izləyəcək.