İyulun 21-də günorta saatlarında Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Dəkkənin Uttara bölgəsində "Milestone" kollecinin ərazisinə düşüb. Ölən və xəsarət alanlar var.
Qaziler.az bu barədə RBC-Ukrayna-ya istinadən xəbər verir.
"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsi Uttarada qəzaya uğrayıb. Təyyarə saat 13:06-da (yerli vaxtla - red.) havaya qalxıb", - hərbi idarənin ictimaiyyətlə əlaqələr idarəsinin açıqlamasında deyilir.
Fəlakətin nəticələrini əks etdirən videogörüntülərdə qatı tüstünün göyə qalxdığı açıqlıqda böyük yanğının baş verdiyi görünür. Ən azı 4 nəfər yaralanıb və ərazidəki hərbi hospitala çatdırılıb. Bir nəfər ölüb.
QAZİLER.AZ