Kiyevin Müstəqillik Meydanında Ukrayna Silahlı Qüvvələrinin itkin düşmüş əsgərlərinin ailələri kütləvi aksiya keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
“Mindən çox aksiya iştirakçısı hakimiyyəti itkin düşmüş əsgərlərin ailələrinin problemlərinə diqqət yetirməyə çağırıb”, – nəşr yazıb.
Nəşrin məlumatına görə, etirazçılar itkin düşmüş əsgərlərin bir çox ailələrinin dövlətdən yardım almadığını bildiriblər. Onların sözlərinə görə, ödənişlər ya vaxtında ödənilmir, ya da ümumiyyətlə yoxdur. Nəticədə insanlar aylarla müxtəlif arayışlar toplamaq məcburiyyətində qalırlar.
QAZİLER.AZ