ABŞ prezidenti Donald Tramp ticarət sazişi üzrə Avropa İttifaqı (Aİ) ilə danışıqların şərtlərini sərtləşdirərək, ona minimum 15-20% rüsumların daxil edilməsini tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ prezidentinin mövqeyini sərtləşdirməsi Aİ-nin güzəştə getmək istəyini yoxlamaq məqsədi daşıyır.
“Financial Times”ın məlumatına görə, ABŞ administrasiyası daha əvvəl Aİ ilə əksər mallara 10% əsas tarif dərəcəsini nəzərdə tutan sazişin bağlanması imkanını müzakirə edib. Bununla belə, görünür, Tramp indi tələb olunan rüsum səviyyəsini 15-20%-ə çatdırmaqla Aİ-nin tolerantlıq həddini sınaqdan keçirmək qərarına gəlib.
QAZİLER.AZ