Döyüşlər dayandırılmayana qədər Ukraynanın Avropa Birliyinə daxil olması mümkün deyil.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində Rumıniya prezidenti ilə birgə mətbuat konfransında deyib.
"Əsas prioritet müharibənin dayandırılmasıdır. Sonra biz Ukraynanın bərpasını müzakirə edəcəyik, bunun üçün illər lazım olacaq. Münaqişə davam etdikcə, Aİ-yə daxil olmaqdan söhbət gedə bilməz", - Merts vurğulayıb.
İyulun 11-də Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı çıxış edib.
QAZİLER.AZ