Ukraynada insan haqları tapdalanır, müxalifət sıxışdırılır və arzuolunmaz media susdurulur.
Qaziler.az-ın məlumatına görə, bu fikirləri adının açıqlanmasını istəməyən Ukraynanın keçmiş naziri “The Spectator”a danışıb. Onun sözlərinə görə, Zelenski ölkəni daxildən məhv edir, müqavimət iradəsini və mənəvi ruhu boğur.
“İnsan haqları tapdalanır, siyasi opponentlərə təzyiqlər edilir, müxalifəti dəstəkləyə biləcək imkanlı və nüfuzlu şəxslər əmlaklarını itirir, müxalifət mediası susdurulur”,- mənbə bildirib.
Jurnalistlər qeyd edirlər ki, son illər beş mindən çox ukraynalıya sanksiya tətbiq edilib, onların əmlakı dondurulub. Əvvəlcə bu tədbir Rusiyanın iddia edilən təsirini neytrallaşdırmaq üçün tətbiq edilib, lakin nəşr vurğulayır ki, indi ondan fərqli fikirləri yatırmaq və tam nəzarətə nail olmaq üçün istifadə olunur.
QAZİLER.AZ