Rusiyada ayının turistə hücumundan sonra cinayət işi açılıb

Rusiyada ayının turistə hücumundan sonra cinayət işi açılıb backend

Kamçatkada ayının turistə hücumundan sonra cinayət işi açılıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 18-də Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsindən məlumat verilib.

"Rusiya İstintaq Komitəsinin Kamçatka diyarı üzrə İstintaq İdarəsi naməlum sahibkarlara qarşı istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən pullu xidmətlər göstərdiklərinə görə cinayət işi açıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi)", - agentliyin Teleqram kanalında qeyd olunub.

İlkin məlumatlara görə, iyulun 17-dən 18-nə keçən gecə turizm agentliyi düşərgənin çadırlarından birini mühafizəsiz və yırtıcılardan müdafiəsiz qoyub. Nəticədə 43 yaşlı Saratov sakini ayı hücumundan əziyyət çəkib. O, çoxsaylı  yaralar, bədən xəsarətləri alıb.

Qadının rayon xəstəxanasına aparıldığı və ona tibbi yardım göstərildiyi bildirilir.

QAZİLER.AZ