Terrorla mübarizədə Azərbaycana dəstək

Terrorla mübarizədə Azərbaycana dəstək backend

Bu gün Qazaxısatanın Alma-Ata şəhərində MDB-ə üzv ölkələrin Anti-terror Mərkəzi təhlükəsizlik qüvvələrinin və xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə V regional məsləhətləşmə iclasını keçirir. ANS PRESS-in məlumatına görə, iki gün davam edən müzəkirələrdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan iştirak edəcək. 2 gün davam edəcək tədbirdə MDB dövlətlərinin təhlükəsizlik orqanları ekstremizmin sonrakı nəticələrini nəzərdən keçirəcəklər. İştirakçı dövlətlər İŞİD, Əl-Nusra, Taliban və digər terror təşkilatlarının ölkələr üçün təhdidini və milli təhlükəsizliyin təminatı məsələlərini müzəkirə edəcəklər.

İclasda MDB dövlətlərində əhalinin dini radikallaşması və vətəndaşların terror təşkilatlarına cəlb edilməsinin əks təsirləri üzrə profilaktik iş aparılacaq. Son vaxtlar MDB məkanında terror təhlükəsi daha çox hiss edilir. Buna görə də Rusiya başda olmaqla təşkilatın bir çox dövlətləri terrorçuluqla mübarizədə tədbirlər görməyə başlayıblar.

Rusiya prezidenti Vladimir Putin MDB dövlətlərinin Qazaxıstanda keçirilən son iclasında post – sovet ölkələrindən İŞİD və digər terror təşkilatlarına qoşulanların sayının 5 – 7 min nəfər olduğunu bildirmişdi. İclasda Rusiya lideri təşkilat dövlətlərinə müraciət edərək bildirib ki, biz imkan verməməliyik ki, onlar bizim ölkələrimizə qayıtsınlar. “Ona görə də, beynəlxalq terrorizimə qarşı vuruşmaq lazımdır”, - deyə Putin bildirib.

Bir müddət əvvəl MDB-nin xüsusi xidmət orqanlarının rəhbərlərinin şura iclasında çıxış edən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə MDB ölkələrinin təhlükəsizliyinə hədələrin günbəbün artdığını bildirmişdi. Bortnikov sərhədlərin qorunması məsələsinə xüsusi ilə Mərkəzi Asiya dövlətlərinin diqqətinə yetirmək lazım olduğunu bildirib.

Bütün bu təhlükələr post - sovet dövlətlərini birlikdə hərəkət etməyə sövq edir. Artıq dövlətlər terrorçuların saxlanılması və onların ekstradisiyası ətrafında əməkdaşlığı genişləndirirlər.

Bu əməkdaşlığın nəticəsində son dövrlər Azərbaycandan İŞİD-ə qoşulmaq istəyən bir qrup şəxs saxlanılıb.
Diaspora