Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı “yarımçıq tədbirlər”lə kifayətlənməyi planlaşdırmır. Artıq 19-cu sanksiyalar paketi üzərində iş başlanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Estoniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Marqus Tsaxknaya istinadən xəbər verir.
Tsaxknanın fikrincə, 18-ci məhdudiyyətlər paketi Avropanın yorulmaz və qətiyyətli olduğunu nümayiş etdirir.
""Avropa İttifaqı qəsdən və ardıcıl olaraq Rusiya üçün təcavüzün qiymətini artırır.Rusiyanın neft satışından qazandığı hər avro Ukraynada qan tökülməsini maliyyələşdirməyə kömək edir. Məqsədimiz bu maliyyə mənbələrini kəsməkdir", - o əlavə edib.
QAZİLER.AZ