İsrail Fələstinin Həmas hərəkatının üç səhra komandirini zərərsizləşdirib.
Qaziler.az bildirir ki, bu barədə cümə axşamı, iyulun 17-də İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü məlumat verib.
"İsrail Müdafiə Qüvvələri HƏMAS Cəbəliyə batalyonunun komandir müavini İyar Nasiri öldürüb. İyar Nasirlə yanaşı, daha iki terrorçu öldürülüb: HƏMAS Cəbəliyyə Mərkəzi batalyonunun komandiri Həsən Mahmud Məhəmməd Mari və HƏMAS Beyt Hanun batalyonunu komandirinin müavini Məhəmməd Zəki Şamadə Həməd", - bu barədə IDF Telegram kanalında yazıb.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, məhv edilən hər üç radikal 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumunda iştirak edib.
QAZİLER.AZ