Merts "Patriot" sistemlərinin Ukraynaya çatdırılma tarixlərini açıqlayıb

Merts "Patriot" sistemlərinin Ukraynaya çatdırılma tarixlərini açıqlayıb backend

Ukrayna yaxın həftələrdə Patriot hava hücumundan müdafiə sistemləri alacaq. Hazırda bütün məsələlər Almaniya və ABŞ müdafiə nazirlikləri səviyyəsində razılaşdırılır.

Qaziler.az n-tv-yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.

Onun sözlərinə görə, ABŞ-ın Avropa tərəfindən ötürülən silah sistemlərini necə əvəz edəcəyi ilə bağlı aydınlığa ehtiyac var.

"Son günlərdə biz Ukraynaya Avropadan yeni Patriot sistemləri çatdıracağımız və daha sonra bu sistemlərin ABŞ tərəfindən əvəzlənəcəyi barədə razılığa gəldik. Çünki biz öz müdafiə imkanlarımızı da qorumalıyıq", - Merts bildirib.

QAZİLER.AZ