Peruda dul qalan qadın ərinin tabutu önündə tverk rəqsi edib.
Peruda dul qadın ərinin dəfn mərasimində məşhur müğənninin ifasına ədəbsiz rəqs edib.
Qaziler.az bildirir ki, bu barədə "Need To Know" xəbərlər verir.
Dəfn üçün ailə mərhumun boyu ölçüsündə karton fiqurunu hazırlayıb. Fiqur tabutun qarşısına qoyulub. Onun yanında mərhumun qara geyinmiş həyat yoldaşı tverk rəqsi edib. Bu an videoya çəkilib.
Qadın reggaeton ifaçısı El Cangri del Callaonun mahnısının sədaları altında rəqs edib. Müğənni yas mərasimlərində çıxış etməsi ilə tanınır. Onun məqsədi yas tutanları canlandırmaqdır.
QAZİLER.AZ
