Türkiyə daşqın qurbanlarına görə Pakistana başsağlığı verib

Türkiyə daşqın qurbanlarına görə Pakistana başsağlığı verib backend

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Pəncab əyalətində leysan yağışlar və daşqınlar nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, nazirlik yazılı açıqlamada Pəncabda leysan yağışlar və daşqınlar nəticəsində insan itkisinə görə dərin kədər ifadə edib.

Açıqlamada həyatını itirənlərə Allahdan rəhmət dilənib və Pakistan xalqına başsağlığı verilib.

Pakistan mətbuatının verdiyi məlumata görə, Pəncab Fəlakət İdarəsi (PDMA) son 24 saatda daşqınlarda 63 nəfərin öldüyünü, 290 nəfərin isə yaralandığını açıqlayıb.

QAZİLER.AZ