Amerika Birləşmiş Ştatları prezident Donald Trampın Avropanın silah almasına dair planına uyğun olaraq Ukraynaya sürətlə silah tədarük etməyə çalışır. Onlar həmçinin öz ehtiyatlarından “Patriot” hava hücumundan müdafiə sistemlərini satmaq imkanını nəzərdən keçirirlər.
Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uiataker deyib.
"Biz hamımız bunu asanlaşdırmaq və bu işi başa çatdırmaq üçün çox tez işləyirik və bilirsiniz ki, məncə, hər şey həqiqətən çox sürətlə gedir. Amma bütün bunların (Ukraynaya silah tədarükü – red.) tamamlanacağı tarixi təsdiq edə bilmirəm.", - Uitaker deyib.
Onun sözlərinə görə, hazırda Amerika ordusunun arsenalında olan Patriot sistemlərinin ABŞ-a satışı ilə bağlı danışıqlar davam edir.
O əlavə edib ki, müzakirə olunan digər variantlara Avropa ölkələrinin öz sistemlərini indi Ukraynaya göndərməsi, eləcə də əvəzedicilərin ilk növbədə ABŞ-dan alınması imkanları daxildir.
QAZİLER.AZ